
Şəkidə 32 yaşlı qadın özünü binanın dördüncü mərtəbəsindən atıb.
“Sheki.Media”nın məlumatına görə, hadisə səhər saatlarında Şəki şəhəri Şərbablar küçəsində baş verib.
Şəki şəhər sakini 32 yaşlı R.Mustafayeva özünü binanın 4-cü mərtəbəsindən atıb.
O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.